
“Borussiya”dan “Çelsi”yə
- 10:30
- 52
"Çelsi" Dortmund "Borussiya"sının cinah yarımmüdafiəçisi Ceymi Gittensi transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat verib.
Futbolçu ilə müqavilə 2032-ci ilin yayına qədər bağlanıb. "Transfermarkt" portalının məlumatına görə, transferin məbləği 64,3 milyon avro təşkil edib.
Gittens "Mançester Siti"nin yetirməsidir. Futbolçu Dortmund "Borussiya"sının gənclər komandasına 2020-ci ilin sentyabrında qoşulub. 2022-ci ilin yayından etibarən hücumçu "arılar"ın əsas heyətində çıxış edib.
Ceymi Gittens 2024/2025-ci illər mövsümündə bütün turnirlərdə klub üçün 49 oyun keçirib. 20 yaşlı cinah oyunçusu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.