
Belçikalı futbolçu “Atletiko”dan ayrıldı
- 30 İyn 2025 21:45
- 32
Belçika millisinin futbolçusu Aksel Vitsel "Atletiko"dan (Madrid) ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı yarımmüdafiəçi 2022-cü ildən "Atletiko"da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində ötən mövsüm 22 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.