Bakı klubu Çempionlar Liqasında mübarizəni dayandırdı
- 29 Okt 2025 22:42
- 37
Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün Serbiyada “Radniçki” klubunun qonağı olub. "Rekord.az" xəbər verir ki, “Jezero” arenasında keçirilən qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Reqlamentə əsasən, hər iki görüşdə məğlub olan “AZERRAIL” Çempionlar Liqasında mübarizəni dayandırıb. Təmsilçimiz mübarizəsini CEV Kubokunda 1/32 final mərhələsindən davam etdirəcək. Bu turnirdə komandamızın rəqibi “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün məğlub komandası olacaq.
CEV Çempionlar Liqası
İlkin mərhələ (cavab oyunu)
29 oktyabr
“Radniçki” - “AZERRAIL” 3:0 (25:23, 25:22, 25:19)