“Xilasedici” klubu sabah avrokubokda növbəti oyununu keçirəcək. "Rekord.az" xəbər verir ki, ölkəmizi Çelenc kubokunda təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası 1/16 final mərhələsində Belçikanın “Lindemans” kollektivi ilə qarşılaşacaq.
Cütün ilk görüşü dekabrın 9-da Bakıda olacaq. FHN-nin idman zalında təşkil olunacaq matç saat 18:00-da start götürəcək.
Komandaların cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan komandamız bu raundda Rumıniyanın “Steaua” klubuna qalib gələrək 1/16 finala yüksəlib.

Çelenc Kuboku
09 dekabr
1/16 final (İlk oyun)
   18:00. “Xilasedici” - “Lindemans”