Voleybol üzrə kişilərdən ibarət "Xilasedici" klubu avrokubokda mübarizəni dayandırıb. "Rekord.az" xəbər verir ki, təmsilçimiz Çelenc kubokunun 1/16 final mərhələsində Belçikanın "Lindemans" klubu ilə qarşılaşıb.
Bir ay əvvəl Bakıda baş tutmuş ilk görüşdə rəqib quru hesabla qalib gəlmişdir. Səfərdə keçirilən cavab matçı da komandamız üçün uğursuz olub. Bakı klubu 4 set davam edən oyunda 1:3 hesabı ilə məğlub olub. Beləlik, hər iki qarşılaşmada xalsız uduzan "Xilasedici" avrokubokda mübarizəni dayandırıb.

Çelenc Kuboku
1/16 final (Cavab oyunu)
   "Lindemans" - "Xilasedici" 3:1 (21:25, 25:15, 25:19, 25:22)