"AZERRAIL"in hər iki komandası qələbə qazandı
- 16:03
- 37
Voleybol üzrə ölkə çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, həm qadınların, həm də kişilərin Yüksək Liqasında 7-ci tur start götürüb.
Qadınların mübarizəsində "Murov Az Terminal" - "AZEERAIL" qarşılaşması baş tutub. Murov Az Terminal” VK-nın idman zalında baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kişilərin birinciliyində isə “Gənclər” və “AZERRAIL” klubları üz-üzə gəliblər. Abşeron OİK-də təşkil olunan oyunda da qonaq komanda "AZERRAIL" quru hesablı qələbəyə sevinib.
Yüksək Liqa (qadınlar)
VII tur
“Murov Az Terminal” – “AZERRAIL” 0:3 (18:25, 15:25, 21:25)
Yüksək Liqa (kişilər)
VII tur
“Gənclər” – “AZERRAIL” 0:3 (16:25, 15:25, 12:25)