
Azərbaycanlı futbolçu Polşa klubu ilə vidalaşdı
- 18:40
- 38
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu bu barədə “İnstaqram” hesabında paylaşım edib.
"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib.
Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.