Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin 1/4 finalına yüksəlib.


Rekord.az xəbər verir ki, Fəvvarələr Meydanında baş tutan yarışda yığma qrupda ikinci yeri tutub.


B qrupunda yer alan kollektiv ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.


Azərbaycan millisi sabah 1/4 finalda "Rapid" (Rumıniya) klubu ilə qarşılaşacaq.