
“Bayern”dən Niderland klubuna
- 18:40
- 38
Niderland təmsilçisi PSV Almaniyanın "Bayrn" klubunun yarımmüdafiəçisi Pol Vannerin transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Daha əvvəl mətbuatda transferin 15 milyon avroya başa gəldiyi bildirilib.
Vanner 2024/2025 mövsümündə “Haydenhaym”da (Almaniya) icarə əsasında oynayıb. O, 41 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.