
Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirildi
- 20:00
- 38
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
Rekord.az xəbər verir ki, UEFA D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.