Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.


Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 56-ci dəqiqədə Samir Şərifov vurub.