Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, o, 3-cü turda "Kayzerslautern"in əsas heyətində yer alıb.


Səfərdə "Elversberq"in qonağı olan Mahirin komandası məğlubiyyət acısı yaşayıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli görüşün 72-ci dəqiqəsində əvəzlənib.


"Kayzerslautern" ilk 3 tura iki dəfə uduzub, bir dəfə qalib gəlib. Komandanın növbəti rəqibi "Darmştadt" olacaq.