
Dünya çempionatında daha 2 bürünc medal şansı
- 23 Avq 2025 22:32
- 34
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sona yaxınlaşır.
Rekord.az xəbər verir ki, yarışın yeddinci günündə son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Tural Əhmədov (63 kq) hindistanlı Qaurav Qaurava ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib. Amma 1/4 finalda eyni qaydada qazaxıstanlı Damir İbraşova (1:1) məğlub olub.
Davud Məmmədov (77 kq) təsnifat mərhələsində ermənistanlı Samvel Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
Orxan Hacıyev (87 kq) moldovalı Kristian Rusuya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda rusiyalı Abduraxman Abdulkadirova “tuş”la uduzub.
Məzaim Mərdanov (130 kq) polşalı Mateuş Biençakla (tuş) ermənistanlı David Baqramyanı (8:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq 1/4 finalda türkiyəli Cemal Bakıra 3:4 hesabıyla məğlub oldu.
Qeyd edək ki, Orxan və Məzaim sabah təsəlliverici görüşə çıxacaqlar.