
Millini "Mehdi Hüseynzadə"yə buraxmadılar - ÖZƏL!
- 29 İyl 2025 13:00
- 264
Sentyabrın 9-da AÇ-nın seçmə oyunu çərçivəsində Bolqarıstan millisini qəbul edəcək U-21 millimiz sözügedən qarşılaşmanı Mərdəkandakı "Dalğa Arena"da keçirəcək.
Lakin Rekord.az-a daxil olan məlumata görə, bu matçın "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunda keçirilməsi variantı gündəmdə olub.
U-21-in baş məşqçisi Ayxan Abbasov şəxsən bu istəkdə olub. Burada əsas məqsəd millinin daha çox azarkeş qarşısında oynaması olub. Hətta bununla bağlı ilkin müraciət də olunub. Lakin U-21-in "Mehdi Hüseynzadə"də oynamasına razılıq verilməyib. İmtinanın dəqiq hansı səbəbə görə olduğu məlum deyil.