
Millimizin üzvü “Abşeron Lions”la anlaşdı
- 22 Avq 2025 14:40
- 218
Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donat “Abşeron Lions”la anlaşıb.
Rekord.az xəbər verir ki, oyunçu qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Ötən mövsümü “Sumqayıt”da keçirən Donat hər oyuna orta hesabla 11.5 ribaundla çıxış edib.
Basketbolçu Azərbaycana gəlməmişdən əvvəl Türkiyədə "Qalatasaray", "Türk Telekom", "TED Ankara Koleji", "Çağdaş Bodrumspor" və "Sığortam Net" komandalarında oynayıb.