
AFFA rəsmisi “Beşiktaş”ın oyununa təyinat aldı
- 17:15
- 46
AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Lozanna” (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.
Oyun avqustun 28-də İstanbuldakı “Türpaş” stadionunda keçiriləcək.
Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.