AFFA tərəfindən sentyabrın 30-dan etibarən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA C kateqoriyalı məşqçi kursu keçiriləcək.


Rekord.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

 

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış (Kursa gələndə gətirmək lazım olacaq)

4. 2 ədəd şəkil (3x4)

5.Məhkumluq haqqında arayış

 

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.


Sənədlər sentyabrın 15-dək qəbul olunacaq.

 

Qeyd edək ki, C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi sentyabrın 30-dan oktyabrın 3-dək, 2-ci mərhələsi oktyabrın 21-dən 24-dək, 3-cü mərhələsi noyabrın 4-dən 7-dək, 4-cü mərhələsi isə noyabrın 4-dən dekabrın 1-dək keçiriləcək.