Futbol üzrə Libertadores Kubokunun 1/4 final mərhələsinin cütləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, 8 komandadan dördü Argentina, üçü Braziliya, biri isə Ekvador təmsilçiləridir.


Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları sentyabrın 16-da, cavab görüşləri isə 23-də keçiriləcək.


"Estudiantes" (Argentina) - "Flamenqo" (Braziliya)


"River Pleyt" (Argentina) - "Palmeyras" (Braziliya)


"Rasinq" (Argentina) - "Veles Sarsfild" (Argentina)


LDU (Ekvador) - "San Paulo" (Braziliya)