"Karvan-Yevlax" bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunda "Kəpəz"lə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı baş tutub.


Həşimov 3:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:


"Hər iki komanda qalib gəlib, xallarını artırmaq istəyirdi. Bu gün komandam sona kimi vuruşub, qalib gəldi. Buna görə oyunçularıma təşəkkür edirəm. "Kəpəz"ə də növbəti oyunlarda uğurlar arzilayıram.


"Karvan" tarixi komandadır. Bu komandanın baş məşqçisi kimi uzun müddətdən sonra Premyer Liqada qələbə qazanıb adımın tarixə düşməsi mənim üçün də sevindirici haldır".