
“Kəpəz” “Karvan-Yevlax”a uduzdu
- 23 Avq 2025 20:57
- 52
Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Kəpəz” “Karvan-Yevlax”la qarşılaşıb. Qəbələdə keçirilən oyunu Əli Əliyev idarə edib. Beş qolluq qarşılaşma Yevlax klubunun qələbəsiylə yekunlaşıb.
“Şamaxı” – “Sabah” və “Turan Tovuz ” – “Araz-Naxçıvan” oyunları 24 avqustda, “Qəbələ” – “Zirə” matçı isə 25 avqustda keçiriləcək. Daha öncə “İmişli” – “Neftçi” oyunu qolsuz (0:0) bitib, “Qarabağ” – isə “Sumqayıt”a uduzub – 0:1.
Misli Premyer Liqası
2-ci tur
23 avqust
“Kəpəz” – “Karvan-Yevlax” 2:3
Qollar: Məqsəd İsayev, 77. Vitor Feyjao, 90+6-pen - Coy Slayd Mikels, 38-pen. Qavi Tompson, 52. Kayl Spens, 89.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 19:00.
Kəpəz: 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao.
Baş məşqçi: Adil Şükürov.
Karvan-Yevlax: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.