Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış, əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib.


Bu barədə Rekord.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.


O, uzun sürən xərçəng və şəkərli diabet xəstəliyinin ardından 69 yaşında vəfat edib.


Mirəli Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi idi.