Mayın 24-də Slovakiyanın paytaxtı Bratislavada yeniyetmələr arasında start götürəcək kayak və kanoe üzrə beynəlxalq reqatada Azərbaycan millisinin altı üzvü mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda yarışacaqlar.

Qeyd edək ki, turnir mayın 26-da başa çatacaq.