Qadın voleybolçulardan ibarət Azərbaycan yığması İslam Oyunlarına hazırlığa başlayıb. "Rekord.az" xəbər verir ki, komandamızın heyətinə 12 voleybolçu cəlb olunub.

Millimizin baş məşqçisi Faiq Qarayev, köməkçi məşqçilər isə Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilovdur.

Azərbaycan millisinin heyəti: 

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Bayduk, Ülkər Kərimova, Kseniya Pavlenko, Yelizaveta Burkova.

Blokçular: Ayşən Abduləzimova, Aynur Kərimova, Nilufər Ağayeva

Toppaylayıcılar: Valeriya Kondratyeva, Valeriya Burkova.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quliyeva.