Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8-10 mayda Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.


Rekord.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq.


İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.


Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.


Kişilər


-66 kq

Rəşad Yelkiyev

Turan Bayramov


-73 kq

Rəşid Məmmədəliyev


-90 kq

Aslan Kotsoyev


+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri


Qadınlar


-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova


-52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva


-70 kq

Südabə Ağayeva.