Azərbaycan para-badmintonçuları İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, bu gün start götürəcək yarışda İbrahim Əliyev, Fərid Mayılov, Nicat Allahverdiyev və Nərmin İskəndərova mübarizə aparacaqlar.

İdmançılar turnirdə baş məşqçi Teymur Abbasov və köməkçi məşqçi Rəvan Niftəliyevin rəhbərliyi altında qüvvələrini sınayacaqlar.

Yarış aprelin 21-də başa çatacaq.