VI İslam oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamızın rəqibi Əfqanıstan kollektivi olub. 

İlkin mərhələnin son qarşılaşmasında voleybolçularımız heç bir çətinlik çəkməyiblər. 3 hissə davam edən matçda yığmamız quru hesablı qələbə ilə ayrılıb.Bununla da millimiz ilkin mərhələdə çıxışını başa vurub. Beləliklə, keçirdiyi dörd oyundan üçündə qələbə qazanan komandamız yarışın finalına vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rəqibimiz Türkiyə yığması olacaq.

Qeyd edək ki, final və üçüncülük oyunu sabah baş tutacaq. Bakı vaxtı ilə saat 10:00-da bürünc medal matçı, saat 16:00-da isə çempionluq oyunu start götürəcək.


VI İslam Oyunları

12 noyabr

   Azərbaycan - Əfqanıstan 3:0 (25:7, 25:5, 25:9)