
Azərbaycan millisi Belarus yığmasına məğlub oldu
- 01 İyl 2025 19:40
- 44
Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gəlib.
Minskdəki “Traktor” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.
Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.