Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, günün yeganə oyununda "Dalğa" "Ulduz"la qarşılaşıb. 

Görüş "Dalğa"nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Dalğa" növbəti mərhələyə yüksəlib.

Bu mərhələnin qalan oyunları 17, 18 və 19 yanvar tarixlərində keçiriləcək.