
Azərbaycan klubu 7 futbolçusu ilə vidalaşdı
- 18:00
- 53
2025/25 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Şəfa" yeddi futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi Ceyhun Cavadov, Rafiq Həsənov, İbrahim Aslanlı, Rəsul Əliyev, Cavad Bağırov, Comərd Baxşəliyev, Elməddin Hüseynzadə və Ratmir Kavtunovla vidalaşıb.
"Şəfa" sözügedən oyunçulara kluba göstərdikləri xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.
"Şəfa" ötən mövsüm Azərbaycan 2-ci liqasında 2-ci yeri tutub və 1-ci liqaya vəsiqə qazanıb.