Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
- 05 Noy 2024 20:22
- 191
Azərbaycanın yeniyetmə cüdoçuları Macarıstanın Dyör şəhərində Avropa Kubokunda iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı keçiriləcək turnirdə 29 ölkədən 614 idmançı mübarizə aparacaq.
Millimiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunacaq.
Əli Axundov, Mehdi Məmmədli (50 kq), Bayram Orucov (55 kq), Davud Əliyev, İsa Allahverdi, Ömər Həsanoğlu, Sənan Xəmiyev (60 kq), Yusif Abbasov, Ayxan Ələkbərov, Hüseyn Hüseynov, Aslan İsmayılov, Sadıq Seyidəliyev (66 kq), Cahangir Həqverdiyev, Əhməd Mehdiyev, Şamil Sadıqov, Həmid Şərbətov (73 kq) Tunar Abdullayev, Akif Zeydquliyev (81 kq), Canpolad Əliyev, Əmir Xəzriyev (90 kq) və Cavidan Məsimov (+90 kq) qalib adı uğrunda yarışacaq.
Avropa Kuboku noyabrın 9-dan 10-dək davam edəcək.