Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.


Rekord.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın son günündə gənclər arasında şpaqa və sablya növləri üzrə mükafatçılar müəyyənləşib.


Sablya


Qızlar

1. Leyla Əhmədova

2. Fərəh Abasova

3. Ayan Ağakişiyeva, Züleyxa Sultanlı


Oğlanlar

1. Abbas Hüseynov

2. Rəsul Əliyev

3. Nahid Məmmədli, Timur Husnaddinov


Şpaqa


Qızlar

1. Xədicə Həsənli

2. Mirnuray Abasova

3. Nəzrin Mehdiyeva, Aynur Quliyeva


Oğlanlar

1. Mirxətai Məmmədov

2. Vahab Fətullayev

3. Osman Məmmədov, Səid Əliyev


Qeyd edək ki, mükafatçılar Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.