Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib.


Rekord.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın ilk günündə yeniyetmə qızlar, oğlanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər bəlli olub.


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.


Sablya


Oğlanlar:

1. Abbas Hüseynov

2. Nəcəf Şabanlı

3. İmran Qarayev, Səid Sultanlı


Qızlar:


1. Ayan Ağasıyeva

2. İrina Lobas

3. Züleyxa Sultanlı, Cahan Sadıxova


Şpaqa


Oğlanlar:

1. Mirxətai Məmmədov

2. Oruc Misirzadə

3. Abbas Səmədli, Osman Məmmədov


Qızlar:

1. Mirnuray Abasova

2. Jasmin Əliyeva

3. Esnad Mirzəyeva, Aydan Atakişiyeva