Avropa Liqasının formatı dəyişdi
- 16:23
- 32
Voleybol üzrə Avropa Liqasının
(CEV Volleyball European League 2026) formatında dəyişiklik olunub.
"Rekord.az" xəbər verir ki, 2018-ci ildən “Qızıl Avropa Liqası” və
“Gümüş Avropa Liqası” formatında keçirilən yarış 2026-cı ildən yenə
“Avropa Liqası” adlanacaq.
Turnir Avropa çempionatına təsnifat
xarakteri daşıyacaq və komandalara reytinq xalları qazandıracaq.
İştirakçı komandalar və oyunların proqramı CEV-in reytinqinə əsasən
müəyyən olunacaq. Reqlamentə əsasən yarışda 24 qadın və 27 kişi
komandası mübarizə aparacaq.
Turnir cədvəli üzrə ilk 6 komanda
(yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı
halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yekunda
1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa
çempionatına vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, qadınlardan ibarət millimiz CEV-in reytinqində 27-ci, kişilərdən ibarət millimiz isə 38-cidir.