Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Belçikaya yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamız burada avroliqanın 2-ci turu çərçivəsində iki görüş keçirəcək.

İkinci turun qarşılaşmaları 24-26 may tarixlərində baş tutacaq. Millimizin rəqibləri isə Belçika və Şimali Makedoniya komandaları olacaq.