
“Aris”lə matçları final oyunu da adlandırmaq olar” – Hamidu Keyta
- 16:30
- 41
“Araz-Naxçıvan”ın yeni transferlərindən Hamidu Keyta artıq “qırmızı-ağlar”ın düşərgəsindədir və təlim-məşq toplanışında iştirak etmək üçün sabah kollektivlə birgə Türkiyənin Ərzurum şəhərinə yola düşəcək.
Rekord.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Araz-Naxçıvan”a keçidi və qarşıdakı oyunla bağlı bunları deyib:
“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Bura kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb.
Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün analiz edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.