
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
- 04 İyl 2025 19:45
- 37
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yay toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiyanın “Livinqston” klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
"Aris" növbəti yoxlama oyunlarında Belçikanın “Anderlext” (5 iyul) və Niderlandın “Alkmaar” (9 iyul) komandaları ilə də qarşılaşacaq.
“Araz-Naxçıvan" "Aris"lə ev oyununu iyulun 24-də, səfər matçını isə iyulun 31-də keçirəcək.