
“Araz-Naxçıvan”ın rəqibi “Anderlext”ə uduzdu
- 15:30
- 54
"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Yunanıstan klubu Belçika "Anderlext"i ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Xatırladaq ki, "Aris" ilk yoxlama matçında Şotlandiya "Livinqston"una da uduzmuşdu - 1:3.
"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.