"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirəcəyi matçların hakimləri açılanıb.


Rekord.az xəbər verir ki, komandalar arasında Bakıda baş tutacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.


Görüşün baş hakimi Andrey Çivulete olacaq. Ona Mirça Mihail Qriqori və Andrey Qabriel Konstantinesku yardım edəcəklər. Dördüncü hakim funksiyasını Radu Petresku yerinə yetirəcək.


Yunanıstanda təşkil ediləcək qarşılaşmada isə şotlandiyalı hakimlər briqadası iş başında olacaqlar. Görüşü David Dikinson idarə edəcək. Yan xətt hakimləri Frensis Konnor və Conatan Bell olacaqlar. Dördüncü hakim funksiyasını Rayan Li yerinə yetirəcək.


Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.