AHF rəsmisi IHF-nin Konqresinə qatılacaq
- 14:00
- 27
Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov Misirin paytaxtı Qahirədə keçiriləcək Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı Konqresinə qatılacaq.
Rekord.az xəbər verir ki, Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq strukturlara seçkilərin təşkilidir.
Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.
Qeyd edək ki, Konqres dekabrın 20-21-də keçiriləcək.