
AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı
- 03 İyl 2025 22:40
- 33
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq.
Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Z.Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.
“Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.