AFFA bir vaxtlar şəhərin müxtəlif yerlərində "fan-şop"lar açaraq millinin formalarınıl və geyim dəstlərini, o cümlədən milliyə aid atributların satışını təşkil eləmişdi. Federasiya bununla əlavə qazanc qazanacağını güman edirdi.


Lakin Rekord.az xəbər verir ki, bu ideya demək olar ki, iflasa uğrayıb.


Çünki həmin "fan-şop"ların böyük əksəriyyəti bağlanıb. Elə AFFA-nın inzibati binasının qarşısındakı kiçik mağaza da ləğv edilib. Buna səbəb isə mağazaların gəlir gətirməməsi olub. Həm qiymətlər baha olub, həm də millinin zəif oyunu fonunda onun geyimm dəstlərinə təlabat olmayıb.