Millimizin İraqla növbəti dueli
- 13:40
- 26
Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, U-20 İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.