Bu klubun legionerləri UEFA-ya şikayət etmək istəyir
- 13:00
- 27
I Liqa təmsilçisi "Səbail"də maddi sıxıntı davam edir.
Rekord.az xəbər verir ki, futbolçular iki aydan çoxdur maaş almır.
Hamı artıq caba yığılıb. Klub rəhbərliyi hər dəfə vəd versə də, ortada heç nə yoxdur. Əldə etdiyimiz məlumata görə, komandanın legionerləri UEFA-ya şikayət etməyi düşünür. Əgər bu həftə də pullarını almasalar yığışıb Avropanın ali futbol qurumuna şikayət etməyi düşünürlər.