"Kəpəz" və "Qarabağ" klubları arasında noyabrın 22-də Misli Premyer Liqasının 12-ci turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna azarkeşlər tərəfindən böyük maraq var.


Rekord.az xəbər verir ki, bu görüşə biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.


Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55%-i deməkdir.


Satış belə yüksək templə davam edərsə, qabaqcadan bütün biletlərin satılacağı gözlənilir. 


Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox  azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) olub.