Azərbaycan Basketbol Liqasında (ABL) 1-ci, 2-ci və 3-cü turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


Qarşılaşmalar noyabrın 21–22-də Bakı İdman Sarayında keçiriləcək.


Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək.


Noyabrın 22-də isə saat 15:00-da "Naxçıvan" – "Neftçi", saat 18:00-da "Landau Lions" – "Ordu" görüşləri baş tutacaq.