Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.


Rekord.az xəbər verir ki, İraqın U-20 kollektivi ilə qarşılaşan yığma rəqibi ilə bərabərə qalıb - 0:0.


Qarşılaşma Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilib.