Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev  U-16 yığmamızın üzvləri ilə görüşüb. "Rekord.az" xəbər verir ki, görüş komandamızın Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirakı öncəsi bu gün təşkil olunub.

F.Qarayev bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli idmançıların gələcəkdə əsas milli komandanın heyətində yer alacaqlarına ümidini ifadə edib. Vitse-prezident voleybolçulara özlərinə inanmalarını, hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. F.Qarayev qızlarımızın yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.