PFL "ASK Arena"ya baxdı və nə qərar verdi?
- 11:00
- 27
Peşəkar Futbol Liqası (PFL) "Ask Arena"ya baxış keçirib.
Rekord.az xəbər verir ki, "Şəfa" klubu artıq burayaq köçüb və ev oyunlarını da burada keçirmək istəyir.
Bunun üçün arenaya əl gəzdirilib, Premyer Liqanın tələblərinə uyğunlaşdırılıb. Lakin rəsmi qayıdış üçün PFL-in rəyi də mütləqdi. PFL isə stadiona baxaraq ilkin olaraq müsbət rəy verib. Lakin bəzi müəyyən çatışmamazlıqlar var ki, onları da həll etmək lazımdı. Amma bunlar elə böyük məsələlər deyil və güman kİ, dekabra kimi həll olunacaq. Daha sonra PFL yenə stadiona baxıb yekun fikirini deyəcək. Komandanın dekabrda öz stadionunda ən azı bir oyun keçirmək ehtimalı var. Amma bu, baş verməsə belə, 2027-ci ilin yanvarından komanda dəqiq "Ask Arena"ya köçəcək. Stadion isə "Şəfa Arena" adlanacaq.