
“Traktor” səfərdən heç-heçə ilə döndü
- 01 Dek 2021 12:15
- 596
Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Fulad”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0.
“Traktor” 7 turdan sonra 8 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.