"Sumqayıt" Futbol Akademiyasında bir zamanlar fəaliyyət göstərən "Təmək qrup" yenidən bərpa olunub.

Rekord.az xəbər verir ki, 5 yaşından etibarən uşaqlar yenidən akademiyaya qəbul edilməyə başlayıb.

Qrupun məşqçilər korpusuna gəlincə, Orxan Abdullayev və Məhəmməd Alıyev daha əvvəl də bu qrupda çalışıb. Bundan sonra Nahid Mehralıyev və Anar Vəliyev də onlarla çalışacaq.